Cəlilabad rayonu ərazisində 20 yaşlı gənc bıçaqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində verir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla 23 yaşlı Kənan İsmayılovun 23 yaşlı Əkbər Quliyev tərəfindən bıçaqlanmasına dair əsaslı şübhələr müəyyən olunub.
K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.