top
Cəlilabad: Üçtəpə kənd sakini Dövlət Məşğulluq Agentliyindən narazıdır
25 oktyabr 2022, 00:30
- ↺ +

Cəlilabad: Üçtəpə kənd sakini Dövlət Məşğulluq Agentliyindən narazıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabad rayonunun Üçtəpə kənd sakini Arif Əhmədov Dövlət Məşğulluq Agentliyindən narazıdır. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində Xəzər Xəbər-ə istinadən verir.

Belə ki, Arif Əhmədov iddia edir ki, şəxsi təsərrüfatını yaratmaq məqsədilə özünüməşğulluq proqramına müraciət edib. Daha sonra müvafiq təlimlərdə iştirak edib və ona istəyi üzrə aktivlər verilib. Yəni o, təsərrüfatını yaratmaq üçün  xırdabuynuzlu heyvanlarla təmin olunub. Lakin verilən heyvanlar onu qane etməyib. Qoç adından quzu, sağlam adından xəstə heyvan veriblər.

Dövlət Məşğulluq Agentliyi isə şikayətçinin iddialarının əsassız olduğunu açıqlayıb. Qurumdan bildirilib ki, aktivlər vətəndaşın razılığı ilə təhvil verilib. Hətta təhvil-təslim prosesi video ilə qeydə də alınıb.

Arif Əhmədov deyir ki, videodakı razılığı məcburiyyət qarşısında səsləndirib. Əks halda, o, yeni aktivlər əldə etmək üçün növbəti mərhələni gözləməli olacaqdı.

Agentlikdən o da bildirilib ki, vətəndaş müvafiq prosedurdan keçdikdən sonra ona, seçdiyi zərf üzrə 20 baş qoyun, 1 qoç və 400 kq yem verilib. Vətəndaşlara təqdim edilən heyvanların keyfiyyət baxımından istifadəyə yararlı olduğu ilə bağlı isə aidiyyəti qurumların rəyi olur. Təhvil-təslim zamanı bununla bağlı akt tərtib edilir, vətəndaşlar məlumatlandırılır və onlarla müqavilə imzalanır. O ki qaldı vətəndaşın aktivlərdən imtina etməsinə, bu halda o, sonradan proqrama yenidən müraciət edə və eyni qayda üzrə yenidən aktivlərlə təmin oluna bilər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:48

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Bütün xəbərlər
Bu gün, 17:28

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Cəmiyyət
Bu gün, 16:20

19 yaşlı şəhid Musa Mustafayevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 15:30

Salyanda nar bağları məhv olur: məhsul ağacda çürüyür - VİDEO

Bütün xəbərlər
Bu gün, 14:50

Masallıda 5 kənd qazsız qalacaq

Cəmiyyət
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:30

Bu həftədən ov mövsümü başlayır

İqtisadiyyat
Bu gün, 12:50

Azərbaycanda məhsul yetişməmiş qiyməti razılaşdırılacaq

Cəmiyyət
Bu gün, 12:08

"Nənələr" qrupunun mərhum üzvünün oğlu müharibədə öldürüldü

Kriminal
Bu gün, 11:49

Biləsuvarda ölümlə nəticələnən qəza ilə bağlı yeni qərar

Bütün xəbərlər
Bu gün, 11:10

FHN havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair müraciət edib

İqtisadiyyat
Bu gün, 10:30

Azərbaycanda 9 ayda "e-rüsum" üzrə 53 milyon manata yaxın ödəniş olub

Bütün xəbərlər
Bu gün, 09:50

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 09:17

Lənkəranlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Kriminal
Dünən, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
Dünən, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Cəmiyyət
Dünən, 16:15

Lənkəranda günlərlə toplanmayan zibil: 2-ci mikrorayonda antisanitariya

Bütün xəbərlər
Dünən, 15:30

AQTA əməkdaşlarını restorana buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:55

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:20

Sabah leysan yağacaq - PROQNOZ

İqtisadiyyat
Dünən, 13:45

DSMF: Ötən ay 179 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

Cəmiyyət
Dünən, 13:05

Şəhid olmazdan üç gün əvvəl xanımı ilə halallaşıb - Ehtiram Hüseynlinin son FOTOSU

Bütün xəbərlər
Dünən, 12:30

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Oxşar xəbərlər