Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində verir.
Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.