Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 16 fevral tarixində Cenublu.az Bizim.Media-ya istinadən xəbər verir.
Belə ki, rayon sakini, 24 yaşlı Nizami Əliyev bıçaqlanıb. O, rayon xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb. İlkin məlumata görə, N.Əliyev bibisi oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.