Cəlilabad rayonunun Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə kadr təyinatı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 yanvar tarixində verir.
Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Orucov Vüsal Müzəffər oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi vəzifəsinə təyin olunub.