Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.
Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Əskərov Dəyanət Höccət oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyinat alıb.