Astara rayonunun sitrus bağlarında ötən illə müqayisədə bu il məhsuldarlıq çox aşağıdır. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində “Xəzər xəbər”ə istinadən verir.
Belə ki, Astara rayonunun 30-a yaxın kəndində sitrus bağlarından naringi yığımına başlanılıb. Məhsuldarlığın aşağı olmasına səbəb isə yağışlı hava şəraitidir.
Hal-hazırda bağlarda nazikqabıqlı və tezyetişən "Karli" sortlu mandarin yığılır. Qiymətə təsir edən amillərdən biri də xarici məhsulun ölkəmizə gətirilməsi, eləcə də yerli məhsulun xarici bazarlara çıxmamasıdır.
Alıcılar qiymətin aşağı olmasını məhsulun həcmi ilə əlaqələndirirlər.
Qeyd edək ki, bu günə kimi hər bir fərdi həyətdən təqribən 3-4 tona yaxın məhsul yığılıb. Yığılan məhsul yerli bazarlarla yanaşı, paytaxt bazarlarına göndərilir.