Bu gün Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ehtiram Hüseynlinin şəhidlik zirvəsinə ucaldığı gündür. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində verir.
Ehtiram Həsən oğlu Hüseynli 1977-ci ildə Lənkəran şəhərində anadan olub. 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ordubad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2020-ci il Vətən müharibəsində könüllü iştirak edən Ehtiram Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 21 oktyabr tarixində Qubadlı döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn edilib.
O, ailəli idi. Bir oğlu yadigar qalıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.