Bu gün, 26 yanvar Vətən müharibəsi şəhidi Tərlan Mehman oğlu Quliyevin mövlud günüdür.
Tərlan Quliyev 2000-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 14 oktyabr Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.