Bu gün, 26 iyul tarixində Masallıdan olan şəhid Sübhan Rauf oğlu Həsənovun mövlud günüdür.
Vətən müharibəsi şəhidi Sübhan Həsənov 2001-ci ildə anadan olub. O, 2019-cu ilin 30 iyul tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb.
S.Həsənov Vətən müharibəsi zamanı Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Uzun müddət nəşi tapılmayıb. O, 7 dekabr 2020-ci ildə Masallı şəhərinin qəbiristanlığında torpağa tapşıtılıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.