top
Bu gün şəhid polkovnik Rahim Əliyevin mövlud günüdür
18 oktyabr 2023, 03:21
- ↺ +

Bu gün şəhid polkovnik Rahim Əliyevin mövlud günüdür

Bu gün, 18 oktyabr tarixində şəhid polkovnik Rahim Əhməd oğlu Əliyevin doğum günüdür.

Rahim Əliyev 1967-ci ildə Lənkəran şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. Hərbi liseyi bitirdikdən sonra Ukrayna Ali Hərbi Akademiyasında təhsilini davam etdirib. Ali Hərbi Akademiyanı bitirdikdən sonra bir müddət Almaniyada təhsil alıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü şəkildə ordu sıralarına qoşulur və Ağdamın Cəvahir kəndində istehkamçılar üçün təlim yeri yaradır. Uzun müddət Azərbaycan Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərib. Polkovnik Rahim Əliyev Azərbaycanın ilk mühəndis-istehkamçılarından olub. 1992-ci ildə Fred Asifin yaratdığı 859 saylı hərbi hissədə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Ağdərədən tutmuş Füzuliyə qədər neçə-neçə əməliyyatda iştirak edib.

Rahim Əliyevin müstəqil Azərbaycanın ordu quruculuğunda çox böyük fəaliyyəti olub. Polkovnik Rahim Əliyev Aprel döyüşləri zamanı Lələtəpənin işğaldan azad olunmasında fəal iştirak edib. Aprel döyüşlərində fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən "Vətən Uğrunda" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Rahim Əliyev 20 yanvar 2018-ci ildə ordumuz tərəfindən hazırlanan yeni qurğuların istifadə olunduğu ərazidə döyüş tapşırığını yerinə yetirən zaman silah yoldaşlarına özünü sipər edərək minaya düşüb və şəhid olub. Polkovnik Rahim Əliyev Bakıda, "Qurd Qapısı" deyilən ərazidə – hərbçilərin qəbiristanlığında torpağa tapşırılıb.

Son xəbərlər

Kriminal
Bu gün, 10:26

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Kriminal
Bu gün, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Dünən, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Cəmiyyət
Dünən, 12:40

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Kriminal
Dünən, 12:05

Lənkəranda qardaşların mülk davası: biri digər ikisini döydü

Bütün xəbərlər
Dünən, 11:30

Bacısını görməyən şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 10:55

Cəlilabad kəndində təhlükəli mənzərə: elektrik naqilləri yerə düşüb - VİDEO

Kriminal
Dünən, 10:20

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Bütün xəbərlər
Dünən, 09:40

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:05

Lənkəranın 6 kəndində qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
29 sentyabr 2026, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
29 sentyabr 2026, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
29 sentyabr 2026, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
29 sentyabr 2026, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Oxşar xəbərlər