Bu gün Masallı rayonun ilk nevropatoloqu Əhmədağa həkimin 80 yaşı tamam olur. Bu haqda məlumatı Cenublu.az 24 oktyabr tarixində verir.
Əhmədağa həkim 1943-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. O, keçmiş SSRİ-də fəaliyyət göstərən İ.M. Seçenov adına xəstəxanada işləyən alimlərin, həmçinin akademik Smirnovun tələbəsi olub. Həkim Rayon Mərkəzi Xəstəxanasında aparıcı nevropatoloq kimi çalışıb, bundan əlavə hərbi həkim komissiyasında, Sosial Müdafiədə və poliklinikada işləyib.
Qeyd edək ki, Əhmədağa bəy 50 ildir ki, ailəlidir. Onun oğulları Məftun və Həsən də həkim olaraq, atalarının yolunu davam etdirirlər.