top
Bu gün Əməkdar artist Təvəkkül Əliyevin vəfatının ildönümüdür
23 yanvar 2023, 05:30
- ↺ +

Bu gün Əməkdar artist Təvəkkül Əliyevin vəfatının ildönümüdür

Bu gün Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist, "Tərəqqi" medallı Təvəkkül Əjdər oğlu Əliyevin vəfatının ildönümüdür.

Təvəkkül Əliyev 21 avqust 1951-ci ildə Neftçalada anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub. Daha sonra o, N.Xəzrinin "Sən yanmasan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Hikmətin "Bayramın birinci günü", A.P.Çexovun "Yubiley", M.İbrahimovun "Kəndçi qızı", M.Musiyenkonun "Nəsillər, eşidin!", V.Şekspirin "Qış nağılı", H.Cavidin "Topal Teymur", S.Vurğunun "Fərhad və Şirin", Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə.Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yaddaqalan obrazlar yaradıb.

O, səhnə fəaliyyəti ilə yanaşı, rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edib.

Azərbaycan Respublikasının Əməkdar Artisti Təvəkkül Əliyev 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif olunub. 23 yanvar 2017-ci ildə Lənkəranda ürək tutmasından vəfat edib. Bakıda, Zabrat qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, mərhum aktyor Təvəkkül Əliyev Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşı olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Dünən, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Oxşar xəbərlər