top
Astaranın ucqar Miki kənd məktəbinin binası qəzalı vəziyyətdədir
08 dekabr 2023, 05:26
- ↺ +

Astaranın ucqar Miki kənd məktəbinin binası qəzalı vəziyyətdədir

Astara rayonunda dağlıq ərazidə yerləşən Miki kənd tam orta məktəbi bağlanılıb və orada təhsil alan 53 şagird rayonun Rinə kənd tam orta məktəbinə köçürülür. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 dekabr tarixində Apa.az-a istinadən verir.

Belə ki, Miki kənd məktəbi əvvəllər tam orta məktəb kimi fəaliyyət göstərib. Son 3 ildə aparılan təhlillərin nəticələrinə əsasən, şagird sayında azalma qeydə alınıb və təhsil ocağı tam orta məktəb statusundan ümumi orta məktəb statusuna keçirilib. Bu il məktəbin 8 nəfər 11-ci sinif şagirdi digər məktəbə köçürülüb. Bir neçə gün əvvəl məktəb rəhbərliyi binanın qəzalı olduğu üçün tam bağlanacağını, şagirdlərin Rinə kənd tam orta məktəbinə köçürüləcəyini valideynlərin diqqətinə çatdırıb. Bu da valideynlərin narazılığına səbəb olub.

Valideynlər Rinə kəndinin 6-7 km uzaqda yerləşdiyini, qışda gediş-gəlişin çox çətin olduğunu bildiriblər. Onların sözlərinə görə, kənddə təhsilin davam etdirilməsi üçün məktəbin həyətində başqa binalar da var, tədrisi həmin binalarda davam etdirmək olar.

Lənkəran-Astara Regional Təhsil İdarəsi və sektor əməkdaşları, həmçinin yerli ərazi icra nümayəndəsi məktəbdə olublar, valideynlərlə görüş keçiriblər. Məktəbə baxış keçirilib və binanın istifadəyə yararsız olduğu qənaətinə gəlinib. Eləcə də sakinlərin həmin məktəbin həyətində olan digər binalardan istifadə etməklə bağlı olan müraciətlərinə baxılıb və binaların da qəzalı olması barədə onlara məlumat verilib.

Astara rayonu üzrə təhsil sektorunun müdiri Vüqar Şahbazov bildirib ki, məktəb binası sürüşmə ərazisində olduğuna görə binanın bu il yenidən tikilib istifadəyə verilməsi, şagirdlərin Rinə kənd tam orta məktəbinə köçürülməsi nəzərdə tutulub: “Hazırda məktəb binasının yenidən tikilməsi planlaşdırılır. Şagirdlərin Rinə kənd tam orta məktəbinə aparılması, nazirlik tərəfindən də nəqliyyat vasitəsi ilə təmin olunması nəzərdə tutulub. Məktəb binası tikildikdən sonra yenidən kollektivin istifadəsinə veriləcək”.

Qeyd edək ki, Astara rayon Miki kənd orta məktəbi binası 1997-ci ildə tikilib və 2005-ci ildə Azərbaycan Respublikasının​ Fövqəladə Hallar Nazirliyi tərəfindən əsaslı bərpa olunub. Məktəb binası 250 şagird yerlikdir. Hazırda məktəbdə 53 şagird təhsil alır.

[caption id="attachment_50045" align="alignnone" width="336"]Miki kənd məktəbinin binası Foto Apa.az[/caption]

[caption id="attachment_50044" align="alignnone" width="336"]Miki kənd məktəbinin binası Foto Apa.az[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Bu gün, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Bu gün, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Bu gün, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Bu gün, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Cəmiyyət
Bu gün, 12:40

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Kriminal
Bu gün, 12:05

Lənkəranda qardaşların mülk davası: biri digər ikisini döydü

Bütün xəbərlər
Bu gün, 11:30

Bacısını görməyən şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 10:55

Cəlilabad kəndində təhlükəli mənzərə: elektrik naqilləri yerə düşüb - VİDEO

Kriminal
Bu gün, 10:20

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Bütün xəbərlər
Bu gün, 09:40

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 09:05

Lənkəranın 6 kəndində qaz olmayacaq

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
Dünən, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Dünən, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Dünən, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Dünən, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Dünən, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Dünən, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Dünən, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Dünən, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Dünən, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Oxşar xəbərlər