top
Astaralı xanımla evli olan, bayraq tikib cəbhəyə göndərən pakistanlı kimdir? - VİDEO
07 noyabr 2024, 23:34
- ↺ +

Astaralı xanımla evli olan, bayraq tikib cəbhəyə göndərən pakistanlı kimdir? - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəxsi işlərini, sifarişlərini dayandırıb günə bayraq tikib cəbhəyə göndərdi.

Cenublu.az xəbər verir ki,  söhbət əslən Pakistandan olan 42 yaşlı Asim Əlidən gedir. Asim Əli Pakistan İslam Respublikasının Lahor şəhərində anadan olub. Atası İtaliya-İspaniya şirkətinin istehsalı olan skuterlərin oturacaqlarının tikişi ilə məşğul olub. Orta məktəbi yaxşı oxuyan Asim həkim olmaq istəyib. Amma atasının vəfat etməsindən sonra o, atasının yolunu davam etdirmək və sifarişləri yerinə yetirmək üçün dərzilik sənətini seçib və şəhərində tanınmış dərzi olub. Buna baxmayaraq, o, hansısa xarici ölkəyə getməyi və peşəsini o ölkədə davam etməyi planlaşdırıb. 2005-ci ildə Asim dostları ilə Azərbaycana gəlib və buradakı insanların mehribanlığını, qonaqpərvərliyini görüb. Qərara alır ki, bir müddət Azərbaycanda yaşasın. 2008-ci ildə Astara rayonundan olan bir xanımla tanış olur və ailə həyatı qurur.

Asim Əli: “Azərbaycan haqqında Pakistanda eşitmişdim. Bir də dərs və test kitablarında Hacı Zeynalabidin Tağıyevin bizə necə kömək etməsi barədə oxumuşdum. Bu barədə bir az məlumatlı idim. Burada anadan olmasa da, doğmadan ayırmıram, Azərbaycanı öz vətənim kimi sevirəm”.

Asim deyir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, qadınlara, uşaqlara, qocalara verdikləri əzablar barədə məlumatı var. Azərbaycanda Vətən Müharibəsi başlayanda əvvəl çox pis oldum, sonra torpaqların azad olunduğunu eşidəndə sevindim. Torpaqların azad olunmasında mənim də bir payım olsun deyə könüllü olaraq hərbi komissarlığa gedib adımı yazdırdım. Hərbi xidmət keçmədiyim üçün məni cəbhəyə aparmadılar. “Belə oldu ki, dost-tanış məndən bayraq istədi. Dedilər, tikə bilərsən? Dedim, bəli, tikərəm. Başladım bayraq tikməyə. Pul verirdilər, dedim, xeyr, pul istəmirəm. Təbii ki, bayrağın pulu olmaz, qiyməti olmaz, qiymətsiz bir şeydir. Hər gün də bir rayon azad olanda sevinirdim və dua edirdim ki, bu bayraqlar orada dalğalansın. Mənim tikdiyim bayraqları işğaldan azad edilən torpaqlara da aparsınlar. Gün ərzində 30–40 bayraq tikir, uşaqlara da paylayırdım. İndi də o yadıma düşür, kövrəlirəm. O qədər şəhid verdik... Allah şəhidlərə rəhmət eləsin, qazilərə şəfa versin. Onların sayəsində biz burada yaşayırıq. Zəfər Günü elan ediləndə qonşumun yanına qaçdım. Dua etdik, əllərimizi qaldırdıq. Təbii ki, itkisiz torpaqlar qayıtmaz. Bir var ki, itki də olar, torpaq da gedər. Bir də var ki, şəhid, itki verirsən, amma torpaqları da azad edirsən. Allaha dua edirəm ki, bu yaxınlarda Qərbi Azərbaycan da Azərbaycana qayıtsın. Mənim tikdiyim bayraqlar Zəngəzura sancılsın, səmasında dalğalansın”.

İki oğul və bir qız atası olan Asim Əli, oğlanlarının ordumuzun gələcək zabitləri, hərbçisi olacaqlarını deyir.

Qeyd edək ki, Asim Əlinin tikdiyi ən böyük Azərbaycan bayrağının uzunluğu 40 metr olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Oxşar xəbərlər