Astara sakini Amid İsmayılov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib. Bakupost.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, 25 yaşlı A. İsmayılov Lənkəran Dövlət Universitetinin məzunu olub. O, Astara şəhərində yaşayıb və "Kapital Bank"ın Astara filialında çalışıb.