Astarada Xocalı faciəsinin ildönümü qeyd edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 fevral tarixində verir.
XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Tədbirdə iştirak edən rayon rəhbərliyi, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, qazilər və şəhid ailələri əvvəlcə rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımından bəhs edən fotosərgi ilə tanış olublar.
Sonda Xocalı soyqırımından bəhs edən film nümayiş olunub və Kakalos Xalq Teatrı kollektivinin və məktəblilərin ifasında kompozisiya təqdim edilib.