Cənub bölgəsində yağan leysan yağışları Astara rayonunda da fəsadlar törədib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində Report.az-a istinadən verir.
İntensiv sel nəticəsində Diqoli kəndində yüksək gərginlikli elektrik dirəkləri aşıb. Elektrik naqilləri sakinlərin mal-qarasının otladığı əraziyə düşüb. Nəticədə iki iribuynuzlu heyvan tələf olub.
Qəza səbəbindən ərazidəki yaşayış məntəqələri işıqsız qalıb.