Astarada “İnsan alverinə qarşı mübarizədə maariflənmənin rolu” mövzusunda toplantı təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun, Ombudsmanın Cənub Regional Mərkəzinin, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birgə tələbə və məktəblilər iştirak ediblər.
Burada gənclərə mövzu üzrə geniş məlumatlar verilib və onların sualları cavablandırılıb.