Astarada Füzuli Şəhəri Gününə həsr olunan tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində verir.
Tədbirdə qazilər, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyev və digər qurumların əməkdaşları iştirak ediblər. Burada Füzuli şəhərinin tarixindən və işğaldan azad edildikdən sonra şəhərdə aparılan quruculuq işlərindən bəhs edilib.
Sonda Vətən müharibəsi qazisi Rafiq Tarverdiyev iştirakçılara döyüş xatirələrindən danışıb.