Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Astara şəhəri, o cümlədən rayonun qəsəbə və kəndlərində Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ekoloji aksiya keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyul tarixində verir.
Aksiyanın keçirilməsində əsas məqsəd rayon ərazisinin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Təmizlik aksiyası zamanı ərazi məişət tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.