Astarada avtomobil piyadanı vuraraq öldürüb.
Raman Mais oğlu Hidayətov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Ojəkəran kəndindən Lovayın kəndi istiqamətində hərəkətdə olan zaman piyada Qənbərov Tahir Adil oğlunu vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq T. Qənbərov orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə: report.аz