Yardımlı rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, buna səbəb qaz sızmasının aşkar edilməsi və aradan qaldırılması ilə bağlı aparılacaq təmir işləridir.
Belə ki, noyabrın 17-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək rayonun qaz təchizatı dayandırılacaq.
Qazın verilişinin bərpa olunacağı vaxt görülən işlərin başa çatmasından asılı olacaq.