Bu gün Vətən müharibəsi şəhidi Elçin Qismət oğlu Novruzovun anım günüdür.
Elçin Novruzov 9 avqust 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olub. Hərbi xidmətini Qaradağ rayonunun Şıxov qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə keçib.
Vətən müharibəsində könüllü olaraq iştirak edən Elçin, Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirdiyi zaman şəhid olub. O, 16 noyabr 2020-ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.