top
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Bu gün, 10:22
- ↺ +

Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

 Cenublu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən paratrike tipli uçuş aparatı müşahidə edilib.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paratrike zərərsizləşdirilmiş, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək) və 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülmüş, uçuş aparatını idarə edən İran İslam Respublikası vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilmişdir. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.

Dövlət Sərhəd Xidməti bir daha bildirir ki, dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, həmin məqsədlərlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, habelə bu əməllərdə iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:55

FHN: Ötən həftə 182 yanğına çıxış olub, 61 nəfər xilas edilib

Bütün xəbərlər
Bu gün, 09:16

Məktəblərdə payız tətili başlayıb

Bütün xəbərlər
14 noyabr 2026, 17:50

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Bütün xəbərlər
14 noyabr 2026, 16:35

Şəhidin adını daşıyan küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
14 noyabr 2026, 16:00

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bütün xəbərlər
14 noyabr 2026, 15:20

İgid şəhidimizin doğum günüdür

Kriminal
14 noyabr 2026, 14:40

İmişlidə balıq ovu üstündə tanışını öldürməyə cəhd etdi – MƏHKƏMƏ

Bütün xəbərlər
14 noyabr 2026, 14:00

Lənkəranlı 27 yaşlı gənc ABŞ-də vitse-konsul təyin edildi

Bütün xəbərlər
14 noyabr 2026, 13:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
14 noyabr 2026, 12:30

FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
14 noyabr 2026, 11:50

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Bütün xəbərlər
14 noyabr 2026, 11:15

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

Kriminal
14 noyabr 2026, 10:30

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Bütün xəbərlər
14 noyabr 2026, 09:55

Xan Lənkəranın məşhur ziyalılarını tanıyırsınız?

Bütün xəbərlər
14 noyabr 2026, 09:22

Vətən müharibəsi şəhidimizin anım günüdür

İdman
13 noyabr 2026, 18:00

Dekabrda Azərbaycanda kütləvi üzgüçülük yarışı keçiriləcək

Bütün xəbərlər
13 noyabr 2026, 17:10

Cənubda qazsız evlər: 526 müraciət və illərdir cavabsız qalan şikayətlər

İdman
13 noyabr 2026, 16:35

Lənkəranda bədii gimnastika üzrə region birinciliyi keçiriləcək

Bütün xəbərlər
13 noyabr 2026, 16:00

Sabirabadın bu kəndində yağış yağan kimi yollar keçilməz olur - VİDEO

Kriminal
13 noyabr 2026, 15:15

Evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı

Bütün xəbərlər
13 noyabr 2026, 14:35

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

Bütün xəbərlər
13 noyabr 2026, 13:55

Sabah hava necə olacaq?

İqtisadiyyat
13 noyabr 2026, 13:15

35 modul məktəbi istifadəyə veriləcək

Oxşar xəbərlər