Lənkəran şəhərində şəhid Fariz Zülfüqarzadənin adını daşıyan küçədə məişət tullantıları günlərdir daşınmır. Bu vəziyyət ərazidə yaşayan vətəndaşların narazılığına səbəb olub.
Sakinlərin Cenublu.az-a verdiyi məlumata görə, zibil qutularının vaxtında boşaldılmaması nəticəsində ərazidə antisanitar vəziyyət yaranıb. Onları narahat edən əsas məqam isə kommunal xidmət haqlarını vaxtında ödəmələrinə baxmayaraq, tullantı daşıyan maşınların küçəyə nadir hallarda gəlməsidir.
Şikayətçilər aidiyyəti qurumlardan ərazidə təmizlik işlərinin aparılmasını və tullantıların mütəmadi daşınmasını tələb edirlər.
Məsələ ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.