Astarada 19 yaşlı gənc intihar edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Hadisə rayonun Ərçivan qəsəbəsində baş verib. Səhər saatlarında Sənan Rövşən oğlu Əfsəlov evdən çıxaraq, heyvanları örüşə apardığı bildirib. Bir müddət sonra isə onun meyiti yaşayış olmayan ərazidə asılmış vəziyyətdə tapılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.