Astara rayonunun Kakalos kəndində gənc qız özündən 14 yaş böyük oğlana ərə gedir. Bu haqda məlumatı Cenublu.az bu gün 13 dekabr tarixində Axşam.az-a istinadən verir.
Məlumata görə, azyaşlı iki il öncə, 14 yaşında nişanlanıb. Onun ailəsi artıq toy tarixini müəyyənləşdirib. Belə ki, 2024-cü ilin mart ayında toy mərasimi planlaşdırılır. Belə çıxır ki, hazırda 16 yaşı olan qız yetkinlik yaşına çatmamış ailə quracaq.
Həmçinin xəbər verilir ki, qızı gələcək ər evinə göndərilməsinə də vaxt tapırlar. Bu, qızın qayınana evinin ab-havasına öyrəşməli olması ilə izah olunub. Lakin qız bildirib ki, onun arzusu oxumaqdır.