Polis Astara sakinində qanunsuz saxlanılan ov tüfəngi aşkar edib. Bu haqda bu gün, 2 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərçivan qəsəbə sakini A.Əliyevdən qanunsuz saxladığı “İJ-58” markalı ov tüfəngi götürülüb.