top
Astara rayonunda körpü çöküb: 34 kəndlə əlaqə kəsilib - YENİLƏNMƏ
17 sentyabr 2023, 23:12
- ↺ +

Astara rayonunda körpü çöküb: 34 kəndlə əlaqə kəsilib - YENİLƏNMƏ

***

Astara rayonunun Vaqo kəndində yerləşən dəmir-beton körpünün dağılması nəticəsində bir sıra kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bu haqda Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Astara Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, artıq 40 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Qeyd edilib ki, Züngüləş kəndinin Bəndəsər yaşayış massivində Astara kiçik su elektrik stansiyasının bəndi dağıla bilər. Hazırda su bəndin üst hissəsindən təqribən 2 metr hündürlükdə daşmaqdadır.

Siyəku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyin 2850 nəfər əhalisi olan 10 kəndi, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin 2750 nəfər əhalisi olan 6 kəndi, ümumilikdə 15.000 nəfər əhalinin yaşadığı 40 kəndlə əlaqə kəsilib.

Həmçinin 700 nəfər əhalisi olan Siyakeş kəndində Pensərçay üzərində yerləşən uzunluğu 10, eni 4 metr olan dəmir körpünü sel aparıb.

Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Kijəbə-Pəlikeş avtomobil yolunun 11-ci km-dən başlayaraq bir neçə hissədə torpaq sürüşmələri baş verib və yol bağlanıb.

Ərçivan çayının daşması nəticəsində qəsəbə ərazisində 200-ə yaxın ev və həyət su altında qalıb.

Şiyəkəran kəndində isə Pensərçayın üzərində yerləşən uzunluğu 42 metr olan və uzunluğu 54 metr olan iki asma körpü də sel nəticəsində uçub.

***

Astara rayonunun Vaqo kəndində körpü sel nəticəsində çöküb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 sentyabr tarixində verir.

Belə ki, bölgədə güclü yağışlar nəticəsində səhər saat 4:00-5:00 radələrində Vaqo kəndində yerləşən körpünü sel aparıb. Hazırda Astarada 34 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Qeyd edək ki, rayonun Şiyəkəran kəndindəki körpü də qəzalı vəziyyətdədir və Cenublu.az bu haqda məlumat verib.

Astara, körpü, Vaqo kəndi

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Dünən, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Dünən, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Dünən, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
30 sentyabr 2026, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
30 sentyabr 2026, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
30 sentyabr 2026, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
30 sentyabr 2026, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
30 sentyabr 2026, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
30 sentyabr 2026, 14:30

İgid şəhidimizin anım günüdür

Oxşar xəbərlər