SON XƏBƏRLƏR

Astara rayonunun Şiyəkəran kəndindəki körpü qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 avqust tarixində verir.

Belə ki, sakinlər tərəfindən mütəmadi istifadə olunan körpü sel sularının gəlməsi nəticəsində zədələnib. Körpünün sütünları sıradan çıxdığından sakinlərin burada hərəkət etməsi təhlükə yaradır və hər an faciəyə çevrilə bilər.

Qeyd edək ki, körpü 6200-dən çox əhalisi olan Şiyəkəran kəndinin iki hissəsini bir-birinə birləşdirir.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az