Araz Əhmədovun Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla növbəti görüşü baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Qəbula müxtəlif ərazilərindən 20 nəfərə yaxın vətəndaş müraciət edib. Vətəndaşların bütün müraciət və təklifləri dinlənilib və qeydiyyatı aparılıb. Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.