Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunda qida sahəsində fəaliyyət göstərən müəssisədə monitorinq aparıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində verir.
Belə ki, yoxlama zamanı Ələt-Astara şosesində yerləşən “Xan Çinar” kafəsində nöqsanlar aşkar olunub. Nəticədə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsinə görə obyektə protokol tərtib olunub.