Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallıda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlayıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində verir.
Masallı şəhəri, H.Əliyev prospektində yerləşən və Kəlbiyev Əflatun Rza oğluna məxsus, həmçinin rayonun Şıxlar kəndində yerləşən Bayramov Abduləli Qurban oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələri cərimələnib və sahibləri barəsində inzibati protokol tərtib edilib.