Lənkəranda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinq aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.
Belə ki, yoxlama zamanı şəhərin Q.Xiyabani küçəsində yerləşən “Salyut” hotelində nöqsanlar aşkar edilib. Nəticədə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi səbəblərindən hotelə protokol tərtib olunub.