Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda yerləşən heyvan kəsimi və ət satışı məntəqələrində yoxlama keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 oktyabr tarixində verir.
Monitorinq zamanı Liman şəhərində və Vilvan kəndində yerləşən müəssisələrdə nöqsanlar aşkarlanıb. Nəticədə obyektlərin sahibləri – Feyruz Xubəliyevə və Elşən Əliyevə inzibati protokol tərtib edilib.