Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəranda və Cəlilabadda yerləşən bir sıra ticarət obyektlərini və istehsal sexini cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində quruma istinadən verir.
Belə ki:
- Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Ayaz” market;
- Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Yeni” market;
- Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Xalid” market;
- Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Sahil” market;
- Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən və Teymurov Nicat Şaməddin oğluna məxsus çörək istehsalı sexində nöqsanlar aşkarlandığından onların sahibləri barəsində inzibati protokol tərtib olunub.