Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallıda fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində, həmçinin ticarət obyektlərində keçirdikləri monitorinq zamanı nöqsanlar aşkarlayıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 fevral tarixində verir.
Belə ki:
- 20 Yanvar küçəsində yerləşən Səfərov Balasət Rəhim oğlu və Səfərov Saməddin Rəhim oğluna məxsus iki ət satışı və heyvan kəsimi məntəqəsi;
- Musaküçə kəndində yerləşən “Müsaküçə” marketi;
- H.Əliyev prospektində yerləşən və Fəttayev Mirhazil Davud oğluna məxsus mağaza;
- H.Əliyev prospektində yerləşən “Cavid” marketin sahibləri barəsində inzibati protokol tərtib olunub.