Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
əməkdaşları Cəlilabadda yerləşən ticarət və ictimai iaşə obyektlərində monitorinq keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 yanvar tarixində quruma istinadən verir.
Monitorinqin nəticələrinə əsasən, H.Əliyev prospektində yerləşən:
- "NFR" marketi baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdiyi üçün;
- "Aftoş Dönər" dönər evi isə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdiyi üçün cərimələniblər.