Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Astarada yerləşən bir sıra ictimai iaşə məntəqələrində monitorinq keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.
Belə ki, H. Əliyev prospektində yerləşən "Tut Ağacı" kafesində və M.Rəhimov küçəsində yerləşən "M.Z Trading Group" MMC-yə məxsus qəhvə evində nöqsanlar aşkar olunub. Adıçəkilən obyektlər obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməmələrinə və ya qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmamasına görə cərimələniblər.