Sovet dövründə Ağdaş və Saatlı rayonlarına rəhbərlik etmiş Almaz Hacıyeva vəfat edib.
Cenublu.az xəbər verir ki, o, yaşla bağlı səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Almaz Hacıyeva 1978–1982-ci illərdə Ağdaş, 1982–1987-ci illərdə isə Saatlı rayonunda birinci katib (indiki icra başçısı) vəzifəsində çalışıb.