top
Alimlik dərəcəsi alan Masallı sakini: “Texnologiya gənclərin elmə və təhsilə marağını azaldır” – ÖZƏL MÜSAHİBƏ
06 noyabr 2024, 06:24
- +

Alimlik dərəcəsi alan Masallı sakini: “Texnologiya gənclərin elmə və təhsilə marağını azaldır” – ÖZƏL MÜSAHİBƏ

Masallı rayonunda son illər elm və təhsil sahəsində bir sıra müsbət tendensiyalar müşahidə olunur. Masallıda həm kənd, həm də şəhər sakinləri üçün müxtəlif təhsil imkanları yaradılıb ki, bundan da əhali kifayət qədər yararlanmağa müvəffəq olub. Onlardan biri - Masallı rayon sakini Rövşən Qurbanov alimlik dərəcəsinə layiq görülüb.

Cenublu.az-ın əməkdaşı alimlə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Rövşən bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1978-ci il sentyabrın 1-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında və Masallı Dövlət Regional Kollecində müəllim işləyirəm. Əslində elmə və təhsilə marağım uşaqlıqdan yaranıb. Həm atam, həm də babam müəllim olduğu üçün uşaqlıqdan müəllim olmaq istəmişəm.

- Necə oldu ki, alimlik dərəcəsi almaq istədiniz?

- Azərbaycan dilinin dialektologiya sahəsi üzrə alimlik dərəcəsi almışam. Məndən öncə yaxınlarımdan iki nəfərin - Vaqif Abdulhüseyn oğlu Qurbanov və Fürsənd Əliheydər oğlu Qurbanovun alimlik dərəcəsi alması məndə elm sahəsinə marağı artırdı və həvəs yaratdı. Lənkəran Dövlət Universitetində bakalavr təhsili alarkən hörmətli alimimiz Əlirza Əliyev məni daha da həvəsləndirdi və dialektologiya sahəsi üzrə araşdırma aparmağı mənə tövsiyə etdi.

- Dissertasiya işinizi harada müdafiə etdiniz?

- Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun dissertantı olmuşam. Orada müdafiə etmişəm və Azərbaycan dili ixtisasında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam.

- Ən çox maraqlandığınız elmi sahələr hansılardır?

- Ən çox məni maraqlandıran dilçilik sahələridir. Dialektologiya, etimologiya, dil tarixi, qohum və qeyri-qohum dillərin müqayisəli öyrənilməsi marağımda olan sahələrdir.

- Elmi işlərinizin praktiki tətbiq sahələrində necə istifadə edilə biləcəyini düşünürsünüz?

- Yazdığım dissertasiya işinin ən praktiki əhəmiyyəti ondan ibarətdir ki, ayrı-ayrı kənd və bölgələrdən Masallı rayonu ərazisində topladığım şivə səciyyəvi sözlər heç bir dialektoloji ədəbiyyatda əksini tapmayıb. Gələcəkdə çap olunacaq dialektoloji lüğətlərə salınması və dilimizdə özünküləşmə meyllərin artırılması, sürətlənməsi, dilimizin tarixinin öyrənilməsi prosesinə töhfə verəcək. Xalqımızın tarixi, adət-ənənələri, etnoqrafik xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsində toplanan materiallar yaxından köməklik edəcək.

- Azərbaycanda və ya dünyada akademik həyatın vəziyyəti haqqında nə düşünürsünüz? Elmi tədqiqatın inkişafı üçün hansı şərait yaradılmalıdır?

- Azərbaycanda elm sahəsinə marağın artırılması üçün çoxlu işlər görülüb. Gənclərimiz də gedib təhsil alıb, xaricdən ölkəyə qayıdır. Bu sahədə getdikcə daha çox işlər görüləcək. Xüsusi ilə elm sahəsində çalışan insanlara qayğı və diqqətin artırılması stimul ola bilər. Bu, müsbət haldır.

- Elm və texnologiyanın gələcəyinə necə baxırsınız? Xüsusilə süni intellekt və digər müasir texnologiyalar elmi araşdırmalarda necə bir inqilab yaradacaq?

- Elm və texnologiyanın gələcəyinə əslində çox müsbət baxıram, əgər insanlar bu inkişafdan düzgün yararlansa, bu inkişaf insanlığın rifahına xidmət göstərsə, gələcəkdə çox böyük nailiyyətlər əldə ediləcək.

- Yeni layihə və ya araşdırmalar üzərində işləmək istəyirsinizmi?

- Bəli, yeni layihə və araşdırmalar üzərində işləyirəm. Məqsədim tədqiqat sahəmdə  araşdırmalarımı genişləndirmək, bu istiqamətdə toxunulmayan bəzi məsələlərə aydınlıq gətirmək üçün çalışıram.

- Emin Əmrullayev bildirib ki, “Elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir”. Bir sözlə, nazir hər elmi dərəcəsi olanın alim olmadığını deyib, siz nə düşünürsünüz?

- Cənab nazirin fikirləri ilə razıyam. Çox təəssüf ki, belə də olur.  Lakin son dövrlər doktorantura sahəsində aparılan islahatlar, qəbul qaydalarının dəyişdirilməsi təsadüfi insanların bu istiqamətə ayaq açmasının qarşısını xeyli alıb.

- Azərbaycan gənclərinin elmə marağı sizcə hansı səviyyədədir?

- Düzdür, bütün dövrlərdə elmə maraq olsa da, dərəcəsinə görə fərqlənib. Sevindirici haldır ki, Azərbaycan gəncliyinin günü-gündən elmə, təhsilə marağı artır. Xüsusilə magistr və doktorantura təhsili üçün dünyanın tanınmış universitetlərinə üz tutanların sayının çoxalması, hər il universitetlərə qəbul olanların sayında artımın olması insanı sevindirməyə bilməz. Ümumiyyətlə, Azərbaycan xalqı həmişə elmə, təhsilə marağı ilə digər postsovet ölkələri ilə müqayisədə müsbət mənada fərqlənib.

- Təhsil ilə bağlı xeyli problemlərimiz var. Nə etmək lazımdır ki, elmə maraq artsın?

- Dövrümüz kompüter, texnologiya, internet əsridir. Bunun gənclərimizin təhsil almasında müsbət təsirləri olduğu kimi, mənfi tərəfləri də özünü göstərir. Gənclərin elmə və təhsilə marağını azaldır, lazım olmayan istiqamətlərə yönəldir. Bunu da təbii qəbul etmək lazımdır, lakin qarşısını almaq üçün də tədbirlər görülməlidir. Mən elə bilirəm ki, bu işdə əsas yük valideynlərin üzərinə düşür. Gərək valideynlər uşağı hələ körpəlikdən telefondan, internetdən uzaq tutmağı bacarsınlar və uşaqlarında elmə maraq yaratmağa çalışsınlar.

- Masallıda elmə maraq hansı səviyyədir? Nə kimi problemlər var?

- Bütün rayonlarda olduğu kim Masallıda da problemlər mövcuddur. Tədricən bu problemlərin aradan qaldırılması üçün işlər görülür. Hər il təhsilin səviyyəsini göstərən statistik göstəricilərdə Masallının ön sıralarda yer alması, Masallıdan olan şagirdlərin olimpiadalardan medallar gətirməsi, onlarla şagirdlərin qəbul imtahanlarında 600 baldan yuxarı bal toplaması bunun bariz nümunəsidir və Masallıda təhsilin səviyyəsindən xəbər verir. Əlbəttə ki, biz bunun üçün öz işlərini sevən, savadlı, peşəkar müəllimlərə, təhsil işçilərinə borcluyuq.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
Dünən, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
Dünən, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
Dünən, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
Dünən, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
Dünən, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
Dünən, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
Dünən, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
Dünən, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
Dünən, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
Dünən, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
Dünən, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
22 sentyabr 2026, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
22 sentyabr 2026, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
22 sentyabr 2026, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
22 sentyabr 2026, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
22 sentyabr 2026, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 sentyabr 2026, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
22 sentyabr 2026, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
22 sentyabr 2026, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
22 sentyabr 2026, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
22 sentyabr 2026, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Oxşar xəbərlər