Məktəblini döyən icra başçısının müavini vəzifədən azad olunub. Bu haqda məlumatı Cenublu.az Qaynarinfo-ya istinadən bu gün, 18 iyul tarixində verir.
Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi ilə bağlı faktın təsdiqlənməsi barədə məlumat vermişdik.
Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb.