Aprelin 7-də gözlənilən hava proqnozu açıqlanıb.
Cenublu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz isə 8-13° isti olacaq.