top
Masallıdan olan tarixçi Musarza Mirzəyev dünyasını dəyişib
18 sentyabr 2024, 04:57
- ↺ +

Masallıdan olan tarixçi Musarza Mirzəyev dünyasını dəyişib

Tarixçi-etnoqraf, toponomist, yazıçı, jurnalist, pedaqoq - əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mirzəyev Musarza-Kadusi vəfat edib. Ailəli idi, iki övladı var.

Musarza Oğul oğlu Mirzəyev 1958-ci il martın 4-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1975-ci ildə Mahmudavar kənd tam orta məktəbini, 1979-cu ildə isə ADPU-nun tarix fakültəsini bitirib.

O, Masallı rayonunun Türkoba və Mahmudavar kənd tam orta məktəblərində, Lənkəran Dövlət Universitetində müəllim, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd inzibati ərazi dairəsində nümayəndəsi , "Çağırış", "Yeni qəzet" və "Tolışı sədo" qəzetlərinin xüsusi müxbiri, "Yeni qəzet"in redaktor müavini (1994) vəzifələrində çalışıb.

M.Mirzəyev yaşadığı diyarın tarixi, etnoqrafiyası və toponimləri haqqında bəhs edən 10-dan artıq kitab, 500-ə qədər məqalənin, tarixi etnoqrafik oçerklərin müəllifidir. Onun "Talış toponimlərinin izahlı lüğəti" əsəri Azərbaycan toponimikası tarixində Talış (cənub) bölgəsi üzrə ilk toponimik əsərdir.

Musarza Mirzəyeva 1991-ci ildə "Metodist müəllim", 1995-ci ildə "Ali dərəcəli müəllim" kateqoriyaları verilib, 2011-ci ildə isə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Ziya Bünyadov Musarza müəllimi "diplomsuz alim" adlandıraraq yazmışdır: "Elmi dərəcəsi olmayan adi bir kənd müəlliminin tədqiqat əsərini çap etdirməsi, bəzi diplomlu alimlərimizə nümunədir. Eşq olsun belə kənd ziyalısına".

Allah rəhmət eləsin!

Son xəbərlər

Kriminal
Bu gün, 10:26

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Kriminal
Bu gün, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Dünən, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Cəmiyyət
Dünən, 12:40

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Kriminal
Dünən, 12:05

Lənkəranda qardaşların mülk davası: biri digər ikisini döydü

Bütün xəbərlər
Dünən, 11:30

Bacısını görməyən şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 10:55

Cəlilabad kəndində təhlükəli mənzərə: elektrik naqilləri yerə düşüb - VİDEO

Kriminal
Dünən, 10:20

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Bütün xəbərlər
Dünən, 09:40

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:05

Lənkəranın 6 kəndində qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
29 sentyabr 2026, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
29 sentyabr 2026, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
29 sentyabr 2026, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
29 sentyabr 2026, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Oxşar xəbərlər