Masallı rayonunun Təklə kəndində cinayət hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində verir.
47 yaşlı Yalçın Habil oğlu Məmmədov həyat yoldaşı, 44 yaşlı İlkanə Müseyib qızı Məmmədovanı qətlə yetirib. Daha sonra o, özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.