Xəbər verdiyimiz kimi bu gün, 25 iyul tarixində İlham Əliyevin sərəncamı ilə Masallı RİH-nin başçısı Şahin Məmmədov vəzifəsindən azad olunub və onun yerinə Araz Süleymanov təyin olunub.
Belə ki, Cenublu.az Lent.az-a istinadən xəbər verir ki, Araz Süleyman oğlu Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. O, 2019-cu ildə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi ilə təltif edilib.
Bugünkü təyinata qədər o, DTX-də idarə rəisi vəzifəsini icra edib.
O, 1963-cü ildə Naxçıvan MR-in Ordubad rayonunun Biləv kəndində anadan olub. Uşaq yaşlarında hər iki valideynlərini itirib və internat məktəbində təhsil alıb. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. General-mayor Araz Əhmədov Qarabağ müharibəsi veteranıdır.