top
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev həbs olunub
28 dekabr 2022, 05:55
- +

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev həbs olunub

Masallı Rayon Xəstəxanasının baş həkimi həbs olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna istinadən verir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış fəaliyyəti çərçivəsində xəstəxananın baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Onun cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd edilən tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilərək götürülüb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq)  və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarına əsasən, həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam edir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:57

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bütün xəbərlər
Bu gün, 16:53

Salyanda yaşayış massivində biabırçı vəziyyət

Kriminal
Bu gün, 15:44

Astarada "siqaret zarafatı" dava ilə bitdi

Bütün xəbərlər
Bu gün, 14:38

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Bu gün, 13:00

Lənkəranda şadlıq evində şübhəli içkilər aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:06

Lənkəranın iki kəndində su kəsiləcək

Kriminal
Bu gün, 11:03

Kişi ondan boşanmaq istəyən arvadını marketdə döydü

Bütün xəbərlər
Bu gün, 10:10

Birinci Qarabağ müharibəsi şəhidi Fərman Əlyarovun anım günüdür

Bütün xəbərlər
Bu gün, 09:24

Lerikin 5 kəndində işıq olmayacaq

İdman
Dünən, 17:41

"Kolambus Kryu"nun baş məşqçisi: "Nərimanı parlaq gələcək gözləyir"

Kriminal
Dünən, 16:53

Astarada qadın meşəlik ərazidə həmcinsini odunla döydü

Bütün xəbərlər
Dünən, 15:43

İcra başçısı müavinini işdən çıxartdı

Bütün xəbərlər
Dünən, 14:57

Narkotikin təsiri altında avtomobil sürən Neftçala sakini saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:46

"Kivi" yükündə 63 kq-dan çox narkotik aşkarlandı

Bütün xəbərlər
Dünən, 11:33

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:23

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:17

Yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Bütün xəbərlər
04 aprel 2026, 17:34

Salyanda 43 yaşlı qadın itkin düşüb

Siyasət
04 aprel 2026, 16:51

Azərbaycan İrana 200 ton humanitar yardım göndərib

Bütün xəbərlər
04 aprel 2026, 15:42

Qanunsuz saxlanılan 2 qumbara, 11 tüfəng aşkarlanıb

Bütün xəbərlər
04 aprel 2026, 14:49

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 aprel 2026, 13:39

Faktiki hava açıqlanıb

Bütün xəbərlər
04 aprel 2026, 12:48

Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib

Oxşar xəbərlər