top
Lənkəran: baş memar və xəstəxananın şöbə müdiri rüşvət aldıqlarına görə həbs olunublar
07 oktyabr 2022, 01:22
- +

Lənkəran: baş memar və xəstəxananın şöbə müdiri rüşvət aldıqlarına görə həbs olunublar

Lənkəranın baş memarı Abdullayev Elgün Əzizulla oğlu və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalandıqarı üçün həbs olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Baş Prokurorluğa istinadən verir.

Belə ki, Elgün Abdullayevin rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub.

Eləcə də, rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevin vətəndaşa xəstəliklə əlaqədar epikrizin təqdim edilməsi və məzmununa bilə-bilə saxta məlumatlar daxil etdiyi tibbi sənədlərin həmin şəxsə əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müvafiq elektron sistemə göndərilməsi müqabilində ona müraciət etmiş sonuncunun qohumundan rüşvət almasına dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib.

Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:57

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bütün xəbərlər
Bu gün, 16:53

Salyanda yaşayış massivində biabırçı vəziyyət

Kriminal
Bu gün, 15:44

Astarada "siqaret zarafatı" dava ilə bitdi

Bütün xəbərlər
Bu gün, 14:38

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Bu gün, 13:00

Lənkəranda şadlıq evində şübhəli içkilər aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:06

Lənkəranın iki kəndində su kəsiləcək

Kriminal
Bu gün, 11:03

Kişi ondan boşanmaq istəyən arvadını marketdə döydü

Bütün xəbərlər
Bu gün, 10:10

Birinci Qarabağ müharibəsi şəhidi Fərman Əlyarovun anım günüdür

Bütün xəbərlər
Bu gün, 09:24

Lerikin 5 kəndində işıq olmayacaq

İdman
Dünən, 17:41

"Kolambus Kryu"nun baş məşqçisi: "Nərimanı parlaq gələcək gözləyir"

Kriminal
Dünən, 16:53

Astarada qadın meşəlik ərazidə həmcinsini odunla döydü

Bütün xəbərlər
Dünən, 15:43

İcra başçısı müavinini işdən çıxartdı

Bütün xəbərlər
Dünən, 14:57

Narkotikin təsiri altında avtomobil sürən Neftçala sakini saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:46

"Kivi" yükündə 63 kq-dan çox narkotik aşkarlandı

Bütün xəbərlər
Dünən, 11:33

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:23

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:17

Yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Bütün xəbərlər
04 aprel 2026, 17:34

Salyanda 43 yaşlı qadın itkin düşüb

Siyasət
04 aprel 2026, 16:51

Azərbaycan İrana 200 ton humanitar yardım göndərib

Bütün xəbərlər
04 aprel 2026, 15:42

Qanunsuz saxlanılan 2 qumbara, 11 tüfəng aşkarlanıb

Bütün xəbərlər
04 aprel 2026, 14:49

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 aprel 2026, 13:39

Faktiki hava açıqlanıb

Bütün xəbərlər
04 aprel 2026, 12:48

Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib

Oxşar xəbərlər