Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında dərslər əvvəlki qaydada davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində Report.az-a istinadən verir.
Bildirilib ki, filialda bu tədris ilində cəmi üç nəfərdə qızılca xəstəliyinə yoluxma halı aşkarlanıb. Həmin tələbələr bu xəstəliyə təhsil ocağından kənarda yoluxublar.
Həmçinin vurğulanıb ki, universitet tam dezinfeksiya olunub və dərslər əvvəlki qaydada davam edir.
Qeyd edək ki, Cenublu.az daha öncə ADPU-nun Cəlilabad filialının üç tələbəsinin qızılcaya yoluxması haqda xəbər vermişdi.